Ukrayna Prezidenti Volodimir Zelenski hələ də ABŞ-ın xüsusi elçilərinin Ukraynaya səfərinə ümid edir.
Qaziler.az bildirir ki, "The Guardian" qəzetinin verdiyi məlumata görə, o, bunu Kiyevin Darnitski rayonunda Rusiya hücumunun baş verdiyi yerdə jurnalistlərə bildirib.
Zelenski bildirib ki, son iki gündə Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rustem Umerov və ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner arasında danışıqlar aparılıb.
O, həmçinin bildirib ki, ABŞ-ın müharibənin dayandırılmasına yönəlmiş sülh səylərinin artıq bir neçə aydır dalana dirənməsinə baxmayaraq, hələ də Kuşnerin və Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Ukraynaya səfər edəcəyinə ümid edir.
QAZİLER.AZ



