Ermənistan Prezidenti Vaahn Xaçaturyan qəbul zalından Ağrı dağının şəklini götürüb.
Qaziler.az bildirir ki, bu barədə Sputnik özünün Telegram kanalında yazıb.
Daha əvvəl siyasətçinin qəbul zalında Ağrı dağının təsvir olunduğu iri bir tablo asılmışdı. Xaçaturyanın son rəsmi görüşlərindən yayımlanan fotolarda isə həmin yerdə divarın boş olduğu görünür.
"Ağrı dağı (Ararat) ermənilər üçün milli simvollardan biridir.
Son illərdə Ermənistan hökuməti Ağrı dağını simvol kimi ictimai istifadədən tədricən uzaqlaşdırmağa çalışır ki, bu da ölkə daxilində geniş ictimai müzakirələrə səbəb olur. Belə ki, 2025-ci ilin sentyabrında Ermənistan hökuməti sərhəd keçidi möhürlərindən Ağrı dağının təsvirinin çıxarılması barədə qərar qəbul etmişdi", - məlumatda deyilir.
QAZİLER.AZ



