İyulun 2-də hüquq-mühafizə orqanları polkovnik Edik Maloyanın yaşadığı evdə axtarış aparıb və daha sonra o saxlanılıb.
Qaziler.az xəbər verir ki, bu barədə "İşxanutyun" nəşri məlumat yayıb.
Hazırda rəsmi qurumlar istintaq hərəkətlərinin hansı cinayət işi çərçivəsində həyata keçirildiyi və polkovnikin hansı əsasla saxlanılması barədə heç bir məlumat verməyiblər.
Mövcud məlumatlara görə, Edik Maloyan sonuncu seçki prosesləri zamanı Samvel Karapetyanı dəstəkləyib. Bu amilin baş verən hadisələrlə hər hansı bir əlaqəsinin olub-olmadığı hələlik məlum deyil.
Qeyd edilib ki, Edik Maloyan 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısıdır və buna görə 1-ci dərəcəli "Döyüş xaçı" ordeni ilə təltif edilib.
QAZİLER.AZ



