Zelenski təcili olaraq Ukraynaya qayıdır: Rusiya hücum edəcək

Zelenski təcili olaraq Ukraynaya qayıdır: Rusiya hücum edəcək backend

Rusiya bu gecə Ukraynaya daha bir kütləvi hava hücumu edə bilər.

Bütün ukraynalılar hava hücumu siqnallarına diqqət yetirməlidirlər.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Prezidenti Vladimir Zelenskinin İrlandiyanın Baş naziri Mikal Martin ilə mətbuat konfransında verdiyi açıqlamaya istinadən məlumat yayıb.

"Həftədə bir və ya iki dəfə kütləvi zərbələr, yüzlərlə dron, onlarla müxtəlif tipli raketlər. Bu gün Rusiyanın daha bir belə kütləvi zərbəsinin hazırlanması ilə bağlı çox xoşagəlməz məlumatlar var. Kəşfiyyat məlumatları var", - deyə dövlət başçısı bildirib.

Zelenski əlavə edib ki, o və komandası dərhal Ukraynaya qayıdacaq və bütün vətəndaşları hava hücumu siqnallarını nəzərə almağı və sığınacaqlardan istifadə etməyə çağırdı.

"Bilirik ki, Putin bir müddətdir Ukraynaya qarşı bu böyük hücumu hazırlayır. Rusiya lideri müharibəni bitirməkdən qəti şəkildə imtina edir", - deyə dövlət başçısı vurğulayıb.

QAZİLER.AZ