Yanğınsöndürənlər Beylikdüzüdə məktəbin damında baş verən yanğına müdaxilə edirlər.
Qaziler.az TRT-Haber-ə istinadən xəbər verir ki, Marmara məhəlləsindəki Destegül küçəsində yerləşən 4 mərtəbəli Yakuplu Kamal Arıkan Orta Məktəbinin damında hələlik müəyyən edilməmiş bir səbəbdən yanğın baş verib.
Yaxınlıqdakı sakinlərin xəbərindən sonra hadisə yerinə çoxsaylı yanğınsöndürmə, polis və tibb qrupları göndərilib.
Yanğını söndürmək üçün səylər davam edir.
QAZİLER.AZ



