Rusiya Odessa, Xerson və Xarkova zərbə endirib, ölənlər və yaralananlar var

Rusiya Odessa, Xerson və Xarkova zərbə endirib, ölənlər və yaralananlar var backend

Rusiyanın Odessa vilayətinə endirdiyi ballistik raket zərbəsi nəticəsində 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Qaziler.az apa-ya istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyası məlumat yayıb.

Bundan başqa, Xersonda marşrut avtobusuna endirilən zərbə nəticəsində yaralananların sayı 9 nəfərə çatıb, onlardan biri ölüb. Həmçinin Rusiya ordusunun şəhərə növbəti hücumu zamanı daha 2 nəfər yaralanıb.

Xarkovda isə Rusiya ordusunun atdığı mərmilərdən biri fərdi yaşayış evinə düşüb. Şəhər meri bildirib ki, hadisə nəticəsində, 1-i yeniyetmə olmaqla, 6 nəfər xəsarət alıb.