İyunun 29-da və bu gün gecə saatlarında Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın bir neçə mühüm hədəflərinə zərbələr endirib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının açıqlamasına istinadən məlumat yayıb.
Ukrayna qüvvələri Zaporojye vilayətində Azovski yaxınlığındakı avtomobil körpüsünə, eləcə də müvəqqəti işğal altında olan Krımın İçki kəndi yaxınlığındakı dəmir yolu körpüsünə zərbələr endirib. Zərbələrin nəticələri hələ də dəqiqləşdirilir.
Rusiya bu körpülərdən qoşunlarını, silahlarını, sursatlarını və təchizatını daşımaq üçün istifadə edir.
QAZİLER.AZ



