"Qardaşım hazırda istirahət edir. O, ilk gündən heç bir siyasi prosesdə iştirak etməyib, ona görə də istirahət edə bilər".
Qaziler.az Ermənistan mətbuatına istinadən bildirir ki, "Güclü Ermənistan" lideri Samvel Karapetyan bunu iyunun 30-da jurnalistlərlə söhbətində bildirib və beləliklə, qardaşının siyasi mübarizənin ən gərgin anında Ermənistandan kənarda tətilə getməsi ilə bağlı ittihamlara münasibət bildirib.
"O, dincələ bilər, ya da dincələ bilməz - qərar vermək onun öz işidir", - Karapetyan qeyd edib.
Müxalifət lideri rolunu necə bölüşəcəkləri, liderin özü, yoxsa Koçaryan olacağı ilə bağlı suala cavab olaraq Samvel Karapetyan deyib:
“Koçaryan öz bloku ilə müxalifətin lideridir, mən isə bizim blokun müxalifət lideriyəm. Buna görə də bölüşəcəyimiz heç nə yoxdur. Yəni ki, Milli yığıncağa daxil olmaq qərarı verdiyimiz zaman bu barədə xəbəriniz olacaq. Hazırda belə bir qərar yoxdur, növbəti addımlar var və biz onları qiymətləndirəcəyik. Ən vacibi Paşinyanı hansı yolun daha tez vəzifədən uzaqlaşdırmağa imkan verəcəyini müəyyən etməkdir. Biz də həmin yolu seçəcəyik.
Bu gün informasiya məkanına qəsdən atılan narrativlərə və ya kiminsə məsləhətlərinə əsaslanmayacağıq. Biz öz qərarlarımızı qəbul etmək iqtidarındayıq. Buna görə də insanlara məsləhət görürəm ki, buna vaxt sərf etməsinlər. Biz seçicilərimiz və komandamızla məsləhətləşəcəyik və yeganə düzgün qərarı qəbul edəcəyik.
Planlarımızı bilirsiniz: artıq partiyamız var, Paşinyanı vəzifədən uzaqlaşdıracağıq, daha sonra isə Hökuməti formalaşdıracağıq”.
QAZİLER.AZ



