Ukrayna dronlar üçün Avropa Birliyindən 3,8 milyard avro yardım aldı

Ukrayna dronlar üçün Avropa Birliyindən 3,8 milyard avro yardım aldı backend

Bu tranş Ukrayna üçün yeni maliyyə aləti çərçivəsində ilk müdafiə yardımıdır.

Ukrayna Avropa Birliyindən daha 3,8 milyard avro yardım alıb. Bu pul Ukrayna ordusu və müdafiə sektorunun maliyyələşdirilməsinə sərf olunacaq.

Qaziler.az bildirir ki, RBC-Ukrayna bu barədə Baş nazir Yuliya Sviridenkonun açıqlamasına istinadən məlumat yayıb.

“Bu vəsait prioritet müdafiə ehtiyaclarını maliyyələşdirmək üçün istifadə olunacaq. Buraya Ukrayna dronlarının istehsalı, müdafiə sənayesinin imkanlarının gücləndirilməsi və cəbhə üçün təcili təchizatın təmin edilməsi daxildir”, - o, deyib.

Sviridenko bildirib ki, tranş Ukraynaya yeni maliyyə aləti olan Ukraine Support Loan çərçivəsində ilk sırf müdafiə yardımı olub.

QAZİLER.AZ