Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb

Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb backend

İranın Kirmanşah vilayətinin Pavə şəhərində baş verən atışmada İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki hərbçisi həlak olub.

 

"Report" xəbər verir ki, SEPAH-ın bu barədə bəyanatını IRIB yayıb.

 

Bildirilib ki, gecə saatlarında həyata keçirilən hücumda iki hərbçi ölüb, daha iki nəfər isə yaralanıb. Korpus atışmanı terror hücumu kimi dəyərləndirib.

 

Hadisənin dəqiq təfərrüatları bəlli deyil.