Prezident Volodimir Zelenski təyinatından bəri ilk dəfə Ukraynaya səfər edən Danimarka müdafiə naziri Yeppe Bruus ilə görüşüb.
Qaziler.az bildirir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat verib.
Zelenskinin sözlərinə görə, o, Danimarka naziri ilə böyük bir razılaşmanın - "Drone Deal"ın bağlanmasını müzakirə edib.
"Bilirəm ki, komandalarımız bunun üzərində işləyir və o, demək olar ki, hazırdır. Ümid edirəm ki, tezliklə bu sənədi imzalamaq imkanımız olacaq", - Ukraynanın dövlət başçısı bildirib.
Prezident və Müdafiə Naziri Ukrayna və Danimarka arasında pilotsuz uçuş aparatları üzrə sazişin mümkün qədər tez bağlanması ilə bağlı ortaq mövqedədirlər, mətbuat xidməti vurğulayıb.
QAZİLER.AZ



