Rusiya Donbasın ələ keçirilməsini 31 dekabra qədər təxirə salıb, lakin bu da qəti deyil - Zelenski

Rusiya Donbasın ələ keçirilməsini 31 dekabra qədər təxirə salıb, lakin bu da qəti deyil - Zelenski backend

İşğaldan sonra Kreml bölgənin ələ keçirilməsi üçün son tarixi 15 dəfə təxirə salıb.

Rusiya bu ilin 31 dekabrına qədər Donetsk bölgəsini ələ keçirməyi planlaşdırır. Kreml artıq bu müddəti 15 dəfə təxirə salıb.

Bu barədə RBC-Ukrayna prezident Vladimir Zelenskinin açıqlamasına istinadən məlumat yayıb.

Ukrayna dövlət başçısı vurğulayıb ki, tammiqyaslı işğaldan sonra Rusiya Donetsk bölgəsini ələ keçirmək üçün 15 müddət müəyyən edib.

"Rusiyanın siyasi rəhbərliyi daim Donbası xəyal edir. Onlar artıq 15 dəfə bu xəyalı yaşayırlar - sanki Donbası tamamilə ələ keçirəcəklər", - deyə prezident bildirib.

O xatırladıb ki, 2022-ci ildə 31 mart, sonra 9 may, 1 iyun, 15 sentyabr və 31 dekabr kimi son tarixlər var idi. 2023-cü ildə Rusiya diktatoru Donbası ələ keçirmək üçün daha iki son tarix təyin etdi: 1 mart və daha sonra 31 dekabr.

QAZİLER.AZ