Mərhum "Yeşilçam" ulduzu Kadir İnanırla vida mərasimi keçirilir.
Axşam.az xəbər verir ki, mərasim İstanbuldakı "Harbiye Muhsin Ertuğrul" səhnəsində keçirilir. Aktyorun ailəsi, sənət dostları, həmkarları və sevənləri ona son vəzifələrini yerinə yetirmək üçün zala toplaşıblar.
Mərasimə kino, televiziya, idman və siyasət dünyasından çox sayda tanınmış sima qatılıb.
Qeyd edək ki, aktyor ciyərlərindəki infeksiya səbəbindən 2 gün əvvəl dünyasını dəyişib.



