Kahramanmaraşın Onikişubat rayonunda bir mənzildə baş verən yanğında üç qardaş və bacı həyatını itirib.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Boğaziçi Məhəlləsindəki binanın 1-ci mərtəbəsindəki mənzildə naməlum səbəbdən yanğın baş verib.
Xəbərdarlıqla hadisə yerinə 112 Təcili Tibbi Yardım Xidməti, yanğınsöndürmə briqadası və polis qrupları göndərilib.
Yanğın nəticəsində bir bacı və iki qardaş - Əsra (45), Məhəmməd(32) və Əbdulqani Saltalı (26) həyatını itirib. Onların hamısının əlil olduğu bildirilir.
Tüstüdən zəhərlənən bir neçə nəfər də xəstəxanaya aparılıb.
Binaya ziyan vuran yanğın yanğınsöndürmə briqadası tərəfindən söndürülüb.
QAZİLER.AZ



