Ermənistan və Özbəkistan arasında yeni nəqliyyat dəhlizi açılır

Ermənistan və Özbəkistan arasında yeni nəqliyyat dəhlizi açılır backend

Ermənistan və Özbəkistan beynəlxalq avtomobil nəqliyyatı haqqında saziş imzalayacaq.

Qaziler.az “news.am”a istinadla xəbər verir ki, sazişin müvafiq layihəsi Ermənistan Hökumətinin iyunun 25-də keçirilən iclasında bəyənilib.

Hazırda iki ölkə arasında yükdaşımaları qaydaları tənzimlənməyib və bu, daşımaların müntəzəm şəkildə həyata keçirilməsinə mane olur. Hökumətin izahat qeydində bildirildiyinə görə, hər iki ölkənin dənizə birbaşa çıxışı olmadığı üçün bu prosesin təşkili xüsusi əhəmiyyət kəsb edir.

Məlumatda qeyd olunub ki, saziş Ermənistanın Mərkəzi Asiya ilə iqtisadi əlaqələrini gücləndirmək və respublika üçün yeni nəqliyyat dəhlizi açmaq məqsədi daşıyır.

QAZİLER.AZ