Türkiyə Xarici İşlər Nazirliyi Venesuelada baş verən iki ardıcıl zəlzələdə insan itkisi ilə bağlı başsağlığı verib və "Türkiyə bu çətin dövrdə Venesuelaya hər cür yardım göstərməyə hazırdır" deyib.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.
Nazirlik yazılı açıqlamasında Venesuelada baş verən çoxsaylı insan tələfatı və ciddi maddi ziyanla bağlı dərin kədərini bildirib.
Türkiyə XİN başsağlığında həyatını itirənlərin ailələrinə və Venesuela xalqına başsağlığı verib, yaralıların tezliklə sağalması arzuladığını bildirib.
Əlavə edilib ki, "Karakasdakı səfirliyimiz vətəndaşlarımızla əlaqə saxlayır və onların vəziyyətini yaxından izləyir. Türkiyə bu çətin dövrdə Venesuelaya hər cür yardım göstərməyə hazırdır".
Xatırladaq ki, Venesuelada baş verən 7.2-7.5 ballıq zəlzələ nəticəsində 32 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb.
QAZİLER.AZ



