Ufadakı neft emalı zavodunda partlayış səsləri eşidilib - FOTO

Ufadakı neft emalı zavodunda partlayış səsləri eşidilib - FOTO backend

Rusiyanın Ufa şəhərində (Başqırdıstan Respublikası) neft emalı zavodunun yaxınlığında bir sıra partlayışlar və yanğın baş verib. Göyə qara tüstü qalxıb.

Qaziler.az bildirir ki, bu barədə "Exilenova+" məlumat yayıb.

İlkin məlumatlara görə, Ufada ilk partlayışlar Kiyev vaxtı ilə səhər saat 9:30 radələrində baş verib. Yerli sakinlər pilotsuz təyyarənin hücumunun neft emalı zavodunu hədəf aldığını deyirlər.

"Exilenova+" qeyd edir ki, Ufada yerləşən üç neft emalı zavodundan ikisinə zərbə dəymiş ola bilər.

"Ufadakı üç neft emalı zavodundan ikisi Ukrayna Müdafiə Qüvvələri tərəfindən vurulub", - məlumatda deyilir.

Hələlik bu məlumat təsdiqlənməyib.

Hadisə yerindən fotolar sosial mediada fəal şəkildə paylaşılır.

QAZİLER.AZ