Zelenski Krımdan danışdı: Rusiya sülhü seçməyə məcbur olacaq

Zelenski Krımdan danışdı: Rusiya sülhü seçməyə məcbur olacaq backend

Ukraynanın dövlət başçısı yarımadadakı əməliyyatın "dəqiq hesablandığını" vurğuladı.

Əgər Ukrayna G7 sammitində tərəfdaşları ilə müzakirə etdiyi məsələyə nail olarsa, Rusiyanı sülhü seçməyə məcbur edəcək şərait yaranacaq.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Prezidenti Vladimir Zelenskinin bəyanatına istinadən məlumat yayıb.

Dövlət başçısı Ukraynanın Krımdakı əməliyyatının "dəqiq hesablandığını" vurğulayıb.

"Əməliyyatın davam etməsi açıq şəkildə göstərir ki, əgər Ukrayna G7 daxilindəki tərəfdaşlarımızla müzakirə etdiyimiz məsələyə tam olaraq nail olarsa və bu, tərəfdaşlarımızın qərarlarından asılıdırsa, biz Rusiyanın sülhü seçməyə məcbur olacağı şərtləri tez bir zamanda təmin edəcəyik", - deyə o bildirib.

Zelenski vurğulayıb ki, Kiyev Ukraynanın tərəfdaşlarından müsbət cavab gözləyir. O əlavə edib ki, onlar söhbətin nədən getdiyini "aydın bilirlər".

QAZİLER.AZ