Dünyanın ən böyük yanacaq ixracatçılarından biri üçün qeyri-adi bir addım.
Rusiya Ukrayna dronlarının neft emalı zavodlarına endirdiyi zərbələr nəticəsində yaranan daxili çatışmazlığı aradan qaldırmaq üçün Qazaxıstanla 50.000 ton Aİ-92 benzini idxal etmək üçün danışıqlar aparır.
Qaziler.az bildirir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Reuters" agentliyinin məlumatına görə, iyun ayının sonuna doğru Ukraynanın dron hücumlarından sonra Rusiyanın mərkəzindəki bir neçə böyük neft emalı zavodunun bağlanması benzin istehsalını illik müqayisədə təxminən 25% azalıb.
Qazaxıstanın energetika naziri Erlan Akkenjenov əvvəllər Astananın Moskvadan benzin tədarükü ilə bağlı rəsmi sorğu almadığını bildirmişdi.
Rusiya Energetika Nazirliyi vəziyyətlə bağlı heç bir şərh verməyib.
QAZİLER.AZ



