Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mavritaniya Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani ilə telefonla danışıb.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.
Telefon danışığı zamanı Türkiyə ilə Mavritaniya arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.
Prezident Ərdoğan Türkiyə və Mavritaniyanın ticarət, kənd təsərrüfatı, balıqçılıq, təhlükəsizlik və müdafiə sənayesi də daxil olmaqla bir çox sahədə konkret addımlar atmaqla münasibətlərini sürətləndirə biləcəklərini bildirdi.
Prezident Ərdoğan iki ölkənin qarşıdakı dövrdə beynəlxalq platformalarda həmrəyliklərini artırmaq üçün səylərini davam etdirəcəklərini bildirib.
QAZİLER.AZ



