Diyarbakiıda narkotik istehsalına qarşı keçirilən əməliyyatda jandarma qrupları 31 şübhəlini saxlayıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Türkiyə Daxili İşlər Nazirliyinin açıqlamasına görə, Diyarbəkir, Lice, Hani, Hazro və Kulp Baş Prokurorluqları, Jandarma Baş Komandanlığının Terrorizm və Narkotik Cinayətləri ilə Mübarizə Departamentləri ilə koordinasiyalı şəkildə narkotik istehsalı və qanunsuz kannabis becərilməsinə qarşı əməliyyat keçirilib.
"Qanunsuz kannabis yetişdirilməsi ilə mübarizə üzrə fəaliyyət planı" çərçivəsində Lice, Hani, Hazro, Kocaköy və Kulpda 81 komanda, 770 personal və məsafədən idarəetmə sistemlərinin dəstəyi ilə keçirilən əməliyyatda 31 şübhəli saxlanılıb.
Əməliyyat zamanı 40 ton toz halında marixuana əldə etmək mümkün olan 1.755.212 kannabis və skuns bitkisi, eləcə də 54 kiloqram marixuana müsadirə edilib.
QAZİLER.AZ



