Sankt-Peterburqdakı "Manufaktura" biznes mərkəzində yanğın baş verib.
Qaziler.az bildirir ki, bu barədə 23 iyunda "İzvestiya"ya mənbə bildirib.
Mənbənin sözlərinə görə, yanğın ofis sahələrindən birində başlayıb. Siqnalizasiya işə düşəndən sonra hər kəs binadan təxliyə edilib.
Sankt-Peterburq Fövqəladə Hallar Nazirliyi yanğının xəbər verildikdən 23 dəqiqə sonra söndürüldüyünü bildirib.
Hadisə nəticəsində heç kim xəsarət almayıb.
QAZİLER.AZ



