Rusiya ərazisində baş verən qasırğanın dağıdıcı nəticələri - VİDEO

Rusiya ərazisində baş verən qasırğanın dağıdıcı nəticələri - VİDEO backend

Sverdlovsk vilayətinin sakinləri qasırğa nəticəsində dağıdılmış evləri göstəriblər.

Sverdlovsk vilayətinin sakinləri dünən Rusiya bölgəsini vuran qasırğanın nəticələri ilə bağlı təfərrüatları paylaşıblar.

Qaziler.az bildirir ki, dağılmış evlərin görüntüləri SHOT Telegram kanalında yayımlanıb.

Şahidlərin sözlərinə görə, külək qarşısına çıxan hər şeyi aparıb. 

Ümumilikdə, qasırğa 99 evə ziyan vurub, onlardan 32-si tamamilə dağılıb.

On min sakin elektriksiz qalıb, fırtına həmçinin 25 avtomobilə və 15 elektrik xəttinə zərər vurub.

On altı nəfər xəsarət alıb, onlardan biri xəstəxanaya yerləşdirilib.

QAZİLER.AZ