Lavrov Avropanı və ABŞ-ı nədə ittiham etdi?
Rusiya Ukrayna ilə danışıqların bərpası ehtimalını müzakirə etməyə başlayıb.
Qaziler.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Rusiya Ukrayna ilə danışıqları dayandırdığı yerdən davam etdirməyə hazırdır", - Lavrov deyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin bildirib ki, Alyaskadakı danışıqlar Ukrayna ordusunu "silahlandırmaq üçün vaxt qazanmaq" məqsədilə həyata keçirilə bilərdi.
QAZİLER.AZ



