"Politico"nun Rusiya xarici işlər naziri Sergey Lavrovun məqaləsini dərc etməkdən imtina etməsi bütün Avropada qalmaqal və senzura aktıdır.
Qaziler.az bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu fikri 23 iyunda bildirib.
"Aİ-nin mərkəzində Avropa dəyərlərinin - demokratiya, azadlıq və rifahın müdafiəçisi kimi təqdim edilən, lakin əslində senzuranın və Orvel diktatorluq təcrübələrinin ifrat nümunəsi olan bir informasiya mərkəzi yerləşir", - Zaxarova Telegram kanalında yazıb.
Onun sözlərinə görə, nəşr nazirdən deyil, Ukrayna böhranının etimologiyasına və Avropa təhlükəsizliyi məsələlərinə həsr olunmuş materialın məzmunundan imtina edib.
Məqalə redaksiyada 24 saatdan çox qalıb və "dərc olunmayacaq" qeydi ilə geri qaytarılıb.
Zaxarova həmçinin qeyd edib ki, son beş ildə "Politico Europe"un "Rəy" bölməsində 30-dan çox ölkədən 70 hazırkı dövlət başçısı və nazir yer alıb.
QAZİLER.AZ



