Ştutqart-Qaziantep marşrutu üzrə hərəkət edən sərnişin təyyarəsi Qaziantep hava limanına eniş edərkən təkəri partlayıb. Göyərtədəki 186 sərnişin və 6 heyət üzvü təhlükəsiz şəkildə təxliyə edilib.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Ştutqart-Qaziantep marşrutu üzrə hərəkət edən sərnişin təyyarəsi Qaziantep hava limanına eniş edərkən təkəri partlayıb və ön şassisi zədələnib.
Açıqlamada: "Hadisədən sonra təyyarədə olan 186 sərnişin və 6 heyət üzvü təhlükəsiz şəkildə təxliyə edilib. Hadisə ilə bağlı lazımi araşdırma və qiymətləndirmə prosesləri başladılıb", - ifadəsi yer alıb.
QAZİLER.AZ



