Polşa prezidenti Karol Navrotskinin Ukrayna prezidentini "Ağ Qartal" ordenindən məhrum etmək qərarından sonra xarici işlər naziri Andrey Sibiqa özünün yüksək dövlət mükafatını Polşaya qaytaracağını açıqlayıb.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, nazir bu barədə özünün feysbuk səhifəsində yazıb.
Sibiqa Navrotskinin addımını ancaq Moskvanın qazanacağı strateji səhv adlandırdı.
O, məsələnin medallarda deyil, münasibətdə olduğunu və Ukraynanın mürəkkəb və problemli məsələlərdə belə həmişə qarşılıqlı hörmət yanaşmasını müdafiə etdiyini bildirib.
QAZİLER.AZ



