Sankt-Peterburq məhkəməsi ekstremist qrupun təşkili ilə bağlı cinayət işi üzrə altı təqsirləndirilən şəxsi həbs edib.
Qaziler.az bildirir ki, bu barədə 19 iyunda şəhər məhkəmələrinin birgə mətbuat xidməti "Maks" qəzetində məlumat verilib.
Təqsirləndirilən şəxslər arasında üç yetkinlik yaşına çatmayan da var.
İstintaq materiallarına görə, Andrian İvanov, Aleksey Trofimov, Sergey Borisov və adları gizli saxlanılan digər üç yeniyetmə barəsində məhkəməyəqədər həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, İvanov ötən ilin aprel ayından gec olmayaraq ekstremist qrup yaradıb. Qalan təqsirləndirilən şəxslər, eləcə də şəxsiyyəti müəyyən edilməmiş şəxslər könüllü olaraq birgə cinayətkar fəaliyyətdə iştirak etməyə razılıq veriblər. İddialara görə, təqsirləndirilən şəxslər cinsi, irqi, milliyyəti, dili və sosial qrupu əsasında seçilmiş qurbanlara qarşı ictimai yerlərdə zorakılıq tətbiq ediblər. Onların məhkəməyəqədər həbs müddəti 9 avqusta qədər təyin edilib.
QAZİLER.AZ



