Rusiyanın Kemerovo vilayətində 4,2 bal gücündə zəlzələ qeydə alınıb.
Qaziler.az "izvestiya"ya istinadən xəbər verir ki, bu barədə regional qubernator İlya Seredyuk iyunun 19-da məlumat verib.
"Bu gün mütəxəssislər Baçatski qəsəbəsi yaxınlığında 4,2 bal gücündə seysmik hadisə qeydə alıblar", - deyə o, Max mesajlaşma tətbiqində yazıb.
Seredyuk hadisə nəticəsində xəsarət alan və ya dağıntı olmadığnı deyib. O, həyat təminatı sistemlərinin normal işlədiyini vurğulayıb. Xidmətlər vəziyyəti izləməyə davam edir və mütəxəssislərlə daim əlaqə saxlayır.
QAZİLER.AZ



