İstanbulun Küçükçekmece rayonunda yaşayış kompleksindəki binanın damında baş verən yanğın nəticəsində tüstüdən zəhərlənən 11 nəfər və birinci mərtəbədən tullanan bir nəfər xəstəxanaya aparılıb.
Qaziler.az TRT_Haber-ə istinadən bildirir ki, Atakent məhəlləsində 9 bloklu kompleksdə 11 mərtəbəli binanın damında naməlum səbəblərdən yanğın baş verib.
Xəbərdarlıqdan sonra hadisə yerinə yanğınsöndürənlər, təcili yardım işçiləri və polis göndərilib.
Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Tüstüdən zəhərlənən 11 nəfər və birinci mərtəbədən tullanan bir nəfər hadisə yerində ilkin tibbi yardım aldıqdan sonra təcili yardımla yaxınlıqdakı xəstəxanalara aparılıb.
QAZİLER.AZ



