Zelenski Belarusa sərt ultimatum verdi

Zelenski Belarusa sərt ultimatum verdi backend

Ukrayna prezidenti Lukaşenkonun üzr istəməsinə cavab verib.

Belarus prezidenti Aleksandr Lukaşenkonun Ukrayna ilə sərhəd ərazilərdən texnikanı çıxarmaq üçün bir həftəsi var.

Qaziler.az-ın RBC-Ukrayna-ya istinadən məlumatına görə, Ukrayna prezidenti Volodimir Zelenski bu açıqlamanı mətbuat konfransında verib.

Ukrayna prezidenti Lukaşenkonun üzr istəməsinə münasibət bildirib və qeyd edib ki, " təkcə sözlərdən heç kim incimir".

"Bunlar şəxsi sözlərdir. Əgər onlar mənim ölkəmə qarşı təhqirdirsə, biz inciyəcəyik və bunu unutmayacağıq”, - deyə Zelenski bildirib.

Eyni zamanda, Zelenski xatırladıb ki, tammiqyaslı müharibə başlayanda çox sayda raket Belarusdan uçurdu.

O əlavə edib ki, Lukaşenko o vaxt zəng edərək üzr istəyib və baş verənlərə nəzarət edə bilmədiyini deyib.

"İndi Rusiya onu bu müharibəyə sövq etməyə davam edəcək. İndi o başa düşür ki, Ukrayna cavab verəcək. Artıq sözlərə ehtiyac yoxdur", - deyə dövlət başçısı qeyd edib.

O, Belarusda qüllələrdə retranslyatorların olduğunu və Ukrayna əhalisinə atəş açantexnikanın Ukrayna ilə həmsərhəd iki bölgə boyunca Belarus ərazisində yerləşdiyini vurğuladı.

“Niyə deyir ki, müharibə istəmir? Qoy bu texnikanı yığışdırsın. Qoy söndürsün. Düşünürəm ki, bunu etmək üçün ona cəmi bir həftə lazım olacaq. Çünki hazırda mülki vətəndaşlarımız hər gün buna görə ölür və uşaqlar yaralanır. Əgər o, bunu etməsə, biz edəcəyik”, - deyə Zelenski vurğulayıb.

QAZİLER.AZ