Ukrayna ordusunun Baş Qərargahı: Moskva NEZ neft emalını qeyri-müəyyən müddətə dayandırıb

Ukrayna ordusunun Baş Qərargahı: Moskva NEZ neft emalını qeyri-müəyyən müddətə dayandırıb backend

Moskva Neft Emalı Zavodu (NEZ) iyunun 18-də Ukrayna Müdafiə Qüvvələrinin endirdiyi zərbədən sonra neft emalını qeyri-müəyyən müddətə dayandırıb.

"Report" UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, müəssisənin ərazisindəki bir sıra obyektlər, o cümlədən kompleks neft emalı qurğusu, üç RVS-10000 və bir RVS-30000 çəni vurulub.

"Müəssisə neft emalını qeyri-müəyyən müddətə dayandırıb", - məlumatda qeyd olunub.

Bundan əlavə, iyunun 18-də və 19-na keçən gecə Ukrayna qüvvələri müvəqqəti işğal olunmuş Krımın Rozdolnoye və Vladislavovka rayonlarındakı dəmir yolu körpülərinə də zərbələr endirib.