Üç oğru 100.000 dollar oğurluq zamanı mübahisə edib.
Moskvada soyğunçular 100.000 dollar oğurlayarkən mübahisə edib, mübahisə sonradan davaya çevrilib.
Qaziler.az Baza-ya istinadən xəbər verir ki, nəticədə onlardan biri nağd pulla dolu çanta ilə qaçıb.
Nəşrin məlumatına görə, əcnəbilər Moskva -Siti rayonundakı göydələndə valyutadəyişmə məntəqəsi adı altında ofis icarəyə götürüblər.
Bir moskvalı onlara yaxınlaşaraq 100.000 dolları konvertasiya etməyi xahiş etdi. Fırıldaqçılar pulu qəbul eib və onu saymaq üçün ayrı bir otağa keçdilər. Daha sonra müştəri kişilərin pulla birlikdə başqa bir çıxış yolu ilə qaçdıqlarını aşkar edib.
Lakin qaçış zamanı soyğunçular arasında münaqişə yaranıb. Onlardan biri öz ortağına hücum edib, üçüncüsü isə pulu götürərək qaçmağı bacarıb.
Şübhəlilərdən biri saxlanılıb, digər iki nəfərin və oğurlanmış pulların axtarışı davam edir.
Qeyd: Hadisə Abbas Səhhətin "Ayı və Şir" təmsilini xatırladır. Sonda kim hiyləgərdisə o da qəniməti ələ keçirir.
QAZİLER.AZ



