Qazaxıstanda min miqrantın yaşadığı "rezin" mənzil aşkar edilib

Qazaxıstanda min miqrantın yaşadığı "rezin" mənzil aşkar edilib backend

Almatı sakini mənzilində 990 miqrantı qeydiyyata alıb və həbs edilib.

Almatıda minə yaxın miqrantın yaşadığı "rezin" mənzil aşkar edilib.

Qaziler.az bildirir ki, bu barədə Qazaxıstan şəhər prokurorluğunun mətbuat xidməti məlumat verib.

Agentliyin məlumatına görə, ev sahibi müəyyən məbləğ müqabilində Almatının Naurızbay rayonundakı bir otaqlı mənzildə 990 nəfəri qeydiyyata alıb, lakin sonradan onlar mənzili tərk ediblər.

Prokurorluğun araşdırması nəticəsində qanun pozuntusu aşkar edilib. Nəticədə məhkəmə qanunsuz miqrasiya təşkil etdiyinə görə həmin şəxsə bir il həbs cəzası verib.

QAZİLER.AZ