Ukrayna şəhərində rus dillində mahnılar və filmlər qadağan edilib

Ukrayna şəhərində rus dillində mahnılar və filmlər qadağan edilib backend

Ukraynanın Kropivnitski şəhərində rus dilində mahnı və filmlərin səsləndirilməsi qadağan edilib.

Ukraynanın Kropivnitski şəhərinin şəhər şurasının üzvləri ictimai yerlərdə rus dilində mahnıların, musiqi kliplərinin və filmlərin səsləndirilməsinə qoyulan moratoriumun lehinə səs veriblər.

Qaziler.az bildirir ki, RİA Novosti bu barədə "Obshchestvennoye" televiziya kanalına istinadən məlumat verib.

Bildirilib ki, iştirak edən 27 üzvdən 24-ü qərarın lehinə səs verib. Daha üç nəfər isə bitərəf qalıb.

Ukrayna Prezidenti Vladimir Zelenski bir müddət əvvəl rus dilinin Regional və ya Azlıq Dilləri üzrə Avropa Xartiyası çərçivəsində ölkədə qorunan dillər siyahısından çıxarılmasını nəzərdə tutan qanun imzalayıb.

QAZİLER.AZ