Rusiya Kinematoqrafçılar İttifaqının üzvü, animator və rəssam İqor Makarov 82 yaşında vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə təşkilat VKontakte-də məlumat verib.
Makarov Moskva Ali İncəsənət və Sənaye Məktəbinin (əvvəllər Stroqanov Məktəbi) Tətbiqi Sənətlər şöbəsini bitirib və Televiziya Musiqi Proqramları Baş İdarəsində prodüser kimi çalışıb.
"18 iyun 2026-cı ildə kino və televiziya animasiyasının klassiki, karikaturaçı, rəssam və Rusiya Kinematoqrafçılar İttifaqının üzvü İqor Arkadyeviç Makarov 82 yaşında vəfat edib", - məlumatda deyilir.
QAZİLER.AZ



