Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ondan Rusiya prezidenti Vladimir Putinə "ən xoş arzularını" çatdırmasını xahiş edib.
Qaziler.az bildirir ki, bu barədə "izvestiya" məlumat verib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bunu iyunun 17-də Rusiya lideri ilə söhbəti zamanı bildirib.
"Cənab Prezident [Ərdoğan] sizə ən səmimi salamlarını göndərir", - diplomat deyib.
Fidan həmçinin Rusiya prezidentinin sıx qrafiki fonunda şəxsən görüşmək imkanına görə Putinə təşəkkür edib.
O, əlavə edib ki, dünya gündəmi çox gərgindir, ona görə də Putinin təcrübəsi xarici siyasət məsələlərinin müzakirəsində və həllində faydalı olacaq.
QAZİLER.AZ



