Moskva vilayətində təyyarə qəzası baş verib

Moskva vilayətində təyyarə qəzası baş verib backend

Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Moskva vilayətinin Sergiev-Posad şəhər ətrafında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Qaziler.az bildirir ki, xəbəri Telegram-da "112" yayıb.

Qəza nəticəsində yanğın baş verib. İki nəfər həlak olub.

Təyyarənin modeli, təyinat yeri və marşrutu açıqlanmayıb. Qəzanın səbəbi də hələlik məlum deyil.

Bu arada, Şot təyyarədə təlimatçı və pilotun olduğunu öyrənib. Qəzadan sonra təyyarənin mühərriki alovlanıb və nəticədə bütün təyyarə yanıb.

QAZİLER.AZ