Tehranda üç azyaşlı övladını satdığı bildirilən 34 yaşlı qadın həbs edilib.
Qaziler.az “Javan Online” internet portalına istinadla xəbər verir ki , adı açıqlanmayan qadın istintaq zamanı əməlini etiraf edib. O bildirib ki, yeniyetmə yaşlarında məcburi şəkildə ərə verilib və üç övladı dünyaya gəldikdən sonra ağır məişət və iqtisadi problemlərlə üzləşib.
Qadının sözlərinə görə, maddi çətinliklər səbəbindən uşaqlarını övlad sahibi olmayan ailələrə verməyə məcbur olub.
Məlumata əsasən, o, üç körpəsini müxtəlif vaxtlarda sonsuz cütlüklərə 20, 50 və 100 milyon tümən qarşılığında satdığını etiraf edib.
QAZİLER.AZ



