Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərinin yekun nəticələrini iyunun 14-də, Bakı və İrəvan vaxtı ilə saat 18:00-da elan edəcək
Qaziler.az xəbər verir ki, bu barədə komissiyanın mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
"Hörmətli həmkarlar, iyunun 14-də saat 18:00-da Mərkəzi Seçki Komissiyası səsvermənin yekun nəticələrini rəsmiləşdirəcək", - deyə bəyanatda qeyd olunub.
Xatırladaq ki, parlament seçkiləri iyunun 7-də keçirilib və deputatlar beş il müddətinə seçilir.
Ermənistandakı seçkilərdə Avropa İttifaqına daxil olmağın tərəfdarı kimi çıxış edən Baş nazir Nikol Paşinyanın partiyası hökuməti təkbaşına formalaşdırmaq üçün daxili qanunvericiliklə tələb olunan 50%-dən çox səs faizini toplaya bilməyib.
Paşinyanın partiyasından başqa, parlamentə sahibkar Samvel Karapetyanın "Güclü Ermənistan" bloku (23,28% səs) və eks-prezident Robert Koçaryanın "Ermənistan" ittifaqı (9,93% səs) daxil olmağı bacarıb.



