Kadırovun oğluna yeni titul verildi

Kadırovun oğluna yeni titul verildi backend

Adam Kadırova Çeçenistan Respublikası Qəhrəmanı adı verildi.

Çeçenistan rəhbərinin oğlu və respublika Təhlükəsizlik Şurasının katibi 18 yaşlı Adam Kadırova Çeçenistan Respublikası Qəhrəmanı adı verilib.

Medalı ona atası, regionun başçısı Ramzan Kadırov təqdim edib.

Qaziler.az bildirir ki, TASS bu barədə Çeçenistanın Baş naziri Maqomed Daudova istinadən məlumat yayıb.

Regional hökumət başçısı qeyd edib ki, Adam Kadırov bu titulu region rəhbərinin fərmanı ilə dövlətə, xalqa xidmətinə, "xüsusi hərbi əməliyyat"a (XHƏ) fəal dəstəyinə görə, eləcə də Rusiya Günü şərəfinə alıb.

QAZİLER.AZ