Sülh əvəzinə rusiyalılar raketləri seçirlər. Buna görə də, bu gün və yaxın günlərdə hava hücumu siQnallarına biganə qalmaq olmaz.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Prezidenti Vladimir Zelenskinin müraciətinə istinadən məlumat verib.
"Xahiş edirik, həm bu gün, həm də qarşıdakı günlərdə hər gün hava hücumu xəbərdarlıqlarına diqqət yetirin. Biz kiminlə mübarizə apardığımızı və Rusiyanın nə etmək istədiyini bilirik", - prezident deyib.
"Biz öz gücümüzə, diqqətimizə güvənməliyik. Özünüzü mütləq qoruyun", - Zelenski əlavə edib.
QAZİLER.AZ



