Ermənistan MSK 3-cü məntəqədə seçki nəticələrini ləğv etdi

Ermənistan MSK 3-cü məntəqədə seçki nəticələrini  ləğv etdi backend

Ermənistan Mərkəzi Seçki Komissiyası parlament seçkilərində üçüncü məntəqədə səsvermənin nəticələrinin ləğv edildiyini açıqlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat dərc edib.

Qeyd edək ki, Ermənistanda daha iki seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv olunması barədə xəbər yayılmışdı. Belə ki, seçki günü hərbi qulluqçular təyin olunmuç vaxt bitdikdən sonra seçki məntəqəsinə gəlib saat 20:200-dan sonra səs verdikləri üçün nəticələr etibarsız sayılıb.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda 16 partiya və iki seçki blokunun iştirak etdiyi parlament seçkiləri keçirilib. Hazırkı baş nazir Nikol Paşinyanın "Mülki Müqavilə" partiyası seçicilərin 49,81% səsini toplayıb. Sahibkar Samvel Karapetyanın "Güclü Ermənistan" blokunun nəticəsi 23,29% olub. Üçüncü yerdə isə respublikanın keçmiş prezidenti Robert Koçaryanın "Ermənistan" ittifaqı qərarlaşıb (9,94%).

QAZİLER.AZ