İranda müharibə və yoxsulluq uşaqların işləməsinə səbəb olub

İranda müharibə və yoxsulluq uşaqların işləməsinə səbəb olub backend

İranda uşaq hüquqları müdafiəçiləri son dövrlərdə uşaq əməyinin artdığını və iqtisadi çətinliklərin bu problemi daha da dərinləşdirdiyini bildirirlər.

Qaziler.az xəbər verir ki, bu barədə “Deutsche Welle” yazır.

Nəşrin məlumatına görə, dünya üzrə uşaq işçilərinin sayında azalma müşahidə olunsa da, İranda müharibə və iqtisadi böhranların təsiri ilə əks tendensiya qeydə alınır. Bu vəziyyət xüsusilə Sistan və Bəluçistan əyalətində daha qabarıq şəkildə hiss olunur.

İran qanunvericiliyinə əsasən, 15 yaşdan kiçik uşaqların işlədilməsi qadağandır. Əmək Məcəlləsinin 79-cu maddəsi bu qadağanı açıq şəkildə təsbit edir.

Buna baxmayaraq, hüquq müdafiəçiləri qanunla mövcud vəziyyət arasında ciddi fərqin olduğunu qeyd edirlər.

Mütəxəssislərin fikrincə, doğum haqqında şəhadətnaməsi və ya digər şəxsiyyət sənədləri olmayan uşaqlar ən həssas qruplardan biridir. Bu uşaqlar yoxsulluqla yanaşı, təhsil, səhiyyə, sosial müdafiə və digər əsas xidmətlərdən də məhrum qalırlar.

QAZİLER.AZ