Yekaterinburqun Leninski Rayon Məhkəməsi "Bolşoy Zlatoust" məbədi yaxınlığında baş verən və dörd nəfərin ölümünə səbəb olan qəzada ittiham olunan avtobus sürücüsü haqqında məhkəməyəqədər həbs qərarı verib.
Qaziler.az bildirir ki, bu barədə məhkəmənin mətbuat xidməti iyunun 12-də məlumat verib.
Yekaterinburqun Leninski Rayon Məhkəməsi ibtidai istintaq orqanları tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 264-cü maddəsinin 5-ci hissəsi - "Yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda" ilə ittiham olunan Qırğızıstan vətəndaşı İkromjon Xamrayev barəsində həbs qətimkan tədbiri seçib.
Məhkəmə Xamrayevin 10 avqust 2026-cı ilə qədər həbsdə saxlanılması barədə qərar çıxarıb. Qərar hələ qüvvəyə minməyib və üç gün ərzində apelyasiya şikayəti verilə bilər.
Nəqliyyat şirkətinin direktoru Aleksey Yarkov da tutulub.
QAZİLER.AZ



