İş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" blokunun nümayəndələri Mərkəzi Seçki Komissiyasına (MSK) gəliblər.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, İş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" blokunun nümayəndələri iyunun 12-də parlament seçkilərinin nəticələrinin etibarsız hesab edilməsi tələbi ilə ərizə təqdim etmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) gəliblər.
"Hazırda Mərkəzi Seçki Komissiyasına seçki nəticələrinin etibarsız elan edilməsini tələb edən bəyanat təqdim edirik", - deyə blok üzvü Aram Vardevanyan bildirib.
Onun sözlərinə görə, müraciət təkcə seçki günü baş verən qanun pozuntularına deyil, həm də 7 fevralda başlayan bütün seçki kampaniyasına aiddir. Vardevanyan həmçinin qeyd edib ki, hətta ATƏT-in qiymətləndirilməsinə görə, bu seçkilər 2021-ci il səsverməsindən daha pis olub.
QAZİLER.AZ



