Rusiya Ukraynadakı mədəni irs obyektlərini məhv etmək niyyətində deyil, çünki o, sivil dövlət olaraq qalır.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və "Vahid Rusiya" partiyasının sədri Dmitri Medvedyev bunu 11 iyunda bildirib.
Onun sözlərinə görə, Moskva bu cür hərəkətlərə simmetrik cavab verməyi düşünmür.
"Biz onların tərəfindəki oxşar hədəflərə simmetrik cavab vermək istərdik. Amma başa düşürsünüz ki, biz bunu etməyəcəyik, çünki biz, axı, mədəni insanlarıq", - deyə Medvedyev bildirib.
QAZİLER.AZ



