"Cuma" yenidən zorakılığa məruz qaldı: Almatı Zooparkı polisə müraciət etdi - VİDEO

"Cuma" yenidən zorakılığa məruz qaldı: Almatı Zooparkı polisə müraciət etdi - VİDEO backend

Almatı Zooparkı ziyarətçilər tərəfindən heyvanlara qarşı daha bir qəddarlıq hadisəsi barədə məlumat verib.

Qaziler.az bildirir ki, bu barədə Zakon.kz xəbər verir.

Zoopark rəhbərliyinin məlumatına görə, ziyarətçilərdən biri "Cuma" adlı şirə daş ataraq onun diqqətini cəlb etməyə çalışıb.

"Təəssüf ki, bizim şir "Cuma" növbəti dəfə ziyarətçilərin məsuliyyətsiz davranışının qurbanı olub. Bu dəfə heyvanın diqqətini cəlb etməyə çalışan bir ziyarətçi ona daş atıb", - bu barədə zooparkın mətbuat xidməti məlumat yayıb.

"Zoopark heyvanları əyləncə və ya təcrübə obyekti deyil. Bu cür hərəkətlər onlarda stressə, zədəyə səbəb ola və rifahlarına mənfi təsir göstərə bilər", - zoopark nümayəndələri vurğulayıb.

Zoopark rəhbərliyi hadisəyə dərhal reaksiya verdiyini bildirib. Kamera görüntüləri və hesabat araşdırma və hüquqi tədbirlər görülməsi üçün polisə göndərilib.

Zoopark həmçinin ziyarətçiləri heyvanlara hörmətlə yanaşmağa və müəyyən edilmiş qaydalara riayət etməyə çağırıb.

QAZİLER.AZ