Mitinoda təcili yardım maşınının iştirakı ilə ağır qəza baş verib.
Qaziler.az bildirir ki, ilkin məlumata görə, Moskvanın Mitino rayonunda təcili yardım maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib və xəsarət alanlar var.
"ÇP Mitino" Telegram kanalının məlumatına görə, hadisə yerinə təcili yardım xidmətləri gəlib.
""Opel" markalı minik avtomobilinin sürücüsü sarı işıqforda keçməyə çalışıb. Elə bu anda təcili yardım maşını siqnalları yandırılmış halda qırmızı işıqforda keçib. "Opel" sürücüsü sarı işıqda keçməyə çalışdığı üçün çox yüksək sürətlə hərəkət edib və vaxtında əyləcə basa bilməyibb. Nəticədə qəza baş verib", - şahid deyib.
QAZİLER.AZ



