"Şəxsən özüm alacağam": Zaxarova UNESCO əməkdaşlarına Sevastopola bilet alacağını deyir

"Şəxsən özüm alacağam": Zaxarova UNESCO əməkdaşlarına Sevastopola bilet alacağını deyir backend

"UNESCO-nun əməkdaşları Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra “Sevastopolun müdafiəsi”ni gəlib görməlidirlər".

Qaziler.az bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün Telegram kanalında yazıb. 

O,UNESCO Katibliyinin əməkdaşlarına Sevastopola biletləri şəxsən almağı və "Sevastopolun müdafiəsi 1854-1855" panoramasına hücumun baş verdiyi yerə giriş təmin etməyi təklif edib.

Diplomat bildirib ki, bu yolla onlar Ukrayna Silahlı Qüvvələrinin "cinayətinin izləri"ni öz gözləri ilə görə biləcəklər.

"Narahatsınız? Biz bunun üçün on illərdir UNESCO-ya pul köçürürük? Giriş yoxdur, deyirsiniz? Bəli, mən şəxsən katiblik əməkdaşları üçün bilet ala bilərəm", - deyə o, yazıb.

QAZİLER.AZ